Çərşənbə, 08 May

Artak Zakaryan: Ermənistanda vətəndaş müharibəsi başlayacaq

image

Ermənistan parlamentinin üzvü Artak Zakaryan baş nazir Nikol Paşinyanın yenidən həmin vəzifəyə seçildiyi təqdirdə vətəndaş müharibəsinin başlayacağını bildirib.

Aftafa.tv xəbər verir ki, Zakaryan feysbuk vasitəsilə yaydığı məlumatda Ermənistanda vətəndaş müharibəsinin başlayaca deyib.

Onun sözlərinə görə, Paşinyan yenidən baş nazir seçilməməlidir: “Cinayətkarlarla yenidən seçkilərə getmək böhrandan çıxış yolu deyil. Əgər bu baş versə, vətəndaş müharibəsi qaçınılmazdır. Sözlərimi yadda saxlayın, əgər yanılsam hamıdan üzr istəyəcəyəm. Seçki öncəsi və sonrası proseslər dava, şiddət, bıçaqlanma, işgəncə və saxtakarlıqlarla müşayiət olunacaq.

Bütün bunlar və xaos şəraitində baş verəcək. Bu hökumət, yeni antirus dalğası çərçivəsində böyük geosiyasi toqquşmaların mərkəzinə çevriləcək”.

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan may-iyun aylarında ölkədə yenidən parlament seçkiləri keçirəcək.

Aftafa.tv

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25
image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32
image

Türkiyədə benzin ucuzlaşdı

  • 06.05.2024 - 12:51
image

Rusiya onu da axtarışa verdi

  • 06.05.2024 - 08:56