Çərşənbə axşamı, 30 Aprel

Pentaqon Rusiya və Çini izləmək üçün aerostatlardan istifadə edəcək

image

Rusiya və Çindən gələn hipersəs silahlarını izləmək və onlara qarşı mübarizə aparmaq üçün Pentaqon tərəfindən xüsusi aerostatlar hazırlanır.

Bu barədə ABŞ Müdafiə Nazirliyinin büdcə sənədlərinə əsasən məlumat verib.

Qəzet qeyd edir ki, son iki ildə Pentaqon uçuş aparatlarının yaradılması layihələrinə təqribən 3,8 milyon dollar xərcləyib və büdcə sənədlərinin layihələrinə əsasən, 2023-cü maliyyə ilində işləri davam etdirmək üçün 27,1 milyon dollar xərcləməyi planlaşdırır.

ABŞ Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin raket əleyhinə müdafiə layihəsinin direktoru Tom Karako hesab edir ki, 18-27 km hündürlüyə qalxa bilən və günəş panelləri ilə təchiz edilmiş aerostatlar uzunmüddətli, çoxfunksiyalı və manevr edə bilən qurğulardır.

Nəşr yazır ki, Pentaqon uzun illərdir ki, məlumat toplamaq, quru qoşunlarını rabitə ilə təmin etmək və peyklərlə bağlı problemləri aradan qaldırmaq üçün aerostatları və pilotsuz uçuş aparatlarını sınaqdan keçirir. Hələ 2019-cu ildə Pentaqon narkotik vasitələrin qanunsuz dövriyyəsini izləmək üçün havaya xüsusi hazırlanmış 25 aerostat buraxmışdı.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15
image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42