Cümə, 26 Aprel

Belçikada şokoladlarda bakteriya AŞKARLANDI

image

Dünyanın aparıcı şokolad istehsalçılarından biri olan “Barry Callebaut”un Belçikadakı fabrikində salmonella bakteriyası aşkar edilib.

Xəbər verilir ki, bu barədə şirkətdən verilən yazılı açıqlamada bildirilib.

Açıqlamada bakteriyanın Vize şəhərindəki fabrikdə tapıldığı qeyd edilib.

Bunun üzərinə iyunun 25-dən etibarən istehsal edilən bütün şokoladların satışı dayandırılıb.

Açıqlamada bildirilib ki, bakteriyanın səbəbləri dəqiqləşdirildikdən sonra fabrik təmizlənərək yenidən istehsala başlayacaq.

Qeyd edək ki, aprel ayında “Ferrero”nun Belçikanın Arlon şəhərindəki fabrikində “Kinder” şokolad məhsullarında salmonella aşkar edilib və bir çox Avropa ölkələrində də bu hallara rast gəlinib.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada şokolad məhsulları ilə əlaqəli 151 salmonella infeksiyası var.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33