Şənbə, 27 Aprel

Sürücülük vəsiqəsi olmadan avtobus sürən şəxs həbs olundu

image

Sürücülük vəsiqəsi olmadığı halda avtobus idarə edərək sərnişinlərin və digər hərəkət iştirakçılarının həyatını təhlükəyə atan şəxs Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsinin Ekoloji Nəzarət Bölüyünün əməkdaşları tərəfindən ifşa edilib. 

DİN-in Baş DYP İdarəsindənverilən məlumata görə, “Ford” markalı, 02-BF-563 dövlət qeydiyyat nişanlı avtobusu sərnişin daşımaqla idarə edən Vaqif Alışov bölüyün əməkdaşları tərəfindən saxlanılıb sənədləri yoxlanılarkən onun ümumiyyətlə nəqliyyat vasitəsini idarə etmək hüququnun olmadığı aşkarlanıb.

Vaqif Alışov əməlindən peşman olduğunu bildirsə də, araşdırma zamanı onun analoji qanun pozuntusuna yol verdiyi üçün əvvəllər də inzibati məsuliyyətə cəlb edildiyi məlum olub.

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən Vaqif Alışov barəsində inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib və məhkəmənin qərarı ilə o, 15 gün müddətində inzibati qaydada həbs edilib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36