Cümə, 26 Aprel

Rus qoşunları itkilərlə geri çəkildilər – İki istiqamətdə hücum dayandırıldı

image

Ukraynanın Severodonetski itirməsi müharibədə mühüm dönüş nöqtəsi olmayacaq. Ukrayna Silahlı Qüvvələrinin döyüşlərdə əsas missiyası Rusiya ordusunun resurslarını tükətməkdir.

Xəbər verilir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.

“Ukrayna qoşunları bir neçə həftə ərzində bura xeyli sayda şəxsi heyət, silah və texnikasını cəlb edə bilib. Bu, Rusiya qoşunlarının ümumi imkanlarını zəiflədib, onların diqqətini kritik hücumlara ayırmasına mane olub. Məsələn, bu səbəbdən rusların birbaşa Slavyanska hücum etmək gücü olmayacaq. Əlbəttə, Severodonetskin itirilməsi Ukrayna üçün itkidir, o mənada ki, rus qoşunları tərəfindən ələ keçirilən istənilən ərazi itkidir. Amma Severodonetsk uğrunda döyüş Rusiya üçün həlledici qələbə olmayacaq”, - məlumatda bildirilib.

Rusiya bütün səylərini Severodonetski tutmağa və Lisiçanska çatmağa yönəldib. Eyni zamanda, rusların Loskutivka və Ray-Oleksandrivka ərazilərində əvvəllər ələ keçirdiyi mövqelərdə möhkəmləndiyi deyilib.

Ruslar Luqansk vilayətində Girsk və Nikolayevkaya nəzarəti bərqərar etməyə çalışırlar. Amma Rusiya qoşunlarının Marinka istiqamətində hücuma keçmək cəhdi Ukrayna Silahlı Qüvvələr tərəfindən yatırılıb. Bundan başqa, Ukrayna qüvvələri Luqansk vilayətinin Lisuçansk şəhərinin cənub istiqamətində rusların hücumunu dayandırıb. İtki verən rus qüvvələri geri çəkilməyə məcbur olub.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33