Şənbə, 27 Aprel

Səxavət Soltanlı: “Yadigar Sadıqlı rüsvayçı yazı yazıb, hiddətlənən bəzi insanlar da Müsavatı lənətləyir”

image

Müsavat Partiyasının üzvü Yadigar Sadıqlının yazısı müzakirələrə səbəb olub. Sosial şəbəkədə onun mövqeyini dəstəkləyənlər də, əleyhinə çıxanlar da olub.

Aftafa.tv-nin xəbərinə görə, Y.Sadıqlının yazısına görə Müsavat Partiyasını hədəf alanlara başqan müavini Səxavət Soltanlı belə cavab verib:

Yadigar Sadıqlı rüsvayçı bir status yazıb, buna hiddətlənən bəzi insanlar da həmin “yazıya” görə Müsavatı, müxalifəti lənətləyir. Əziz dostlar, sevgili insanlar, axı sizlər başqa müzakirələrdə “heç kim başqasının əməlinə görə məsuliyyət daşımır” həqiqətini səsləndirirsiz. İndi necə olur, bir nəfərə görə bir partiyanı, bir düşərgəni günahkar görür, ümumiləşdirmə edərək digər şəxslərlə də eyniləşdirirsiz?  Yadigar anti müsavatçıların “Bəyən”dimini almaq üçün Müsavata qarşı iftiralar səsləndirəndə də müxalifəti, Müsavatı qınayırdız, mühafizəkarların “bəyən”dimini almaq üçün məişət cinayətlərinə haqq qazandıran, boşanan qadınlara vurulan “əxlaqsız” damğasını “əsaslandıran” yazı yazanda da biz günahkar oluruq?

Bundan əvvəl də bir başqa populist mitinqlərə çıxan xanımlar haqqında xoşagəlməz ifadələr işlətmişdi deyə Müsavat qınanırdı, həmin şəxs müsavatdaxili seçkilərdə ən aşağı səs alıb heç bir yerə seçilməyəndə də bizi günahkar çıxaranlar var idi.

Nə isə, müsavatçı kimi də, şəxs olaraq da o “yazıya”münasibətim birmənalı pisdir. “Yazı” geriçi təfəkkürün məhsuludur, populist, adekvat olmayan ziyanlı, kütlənin arxasıyca sürünməyin nümunəsi olan bir “yazı”dır. Heç bir əsası da yoxdur! Yeri gəlmişkən, həmin yazını bəyənən, dəstəkləyən bir çox insana görə də üzüldüm. O “yazı” əslində “like” xəstəliyinin necə bir şey olduğunu göstərən əyani vəsaitdir.

Onsuz da bu ölkədə boşanmış qadınların arxasıyca olunmayan qeybət qalmır. O “yazı” da ümumi olaraq o qeybətlərin, dedi-qoduların “qələmə” alınmış, facebooka köçrülmüş formasıdır. O yazıdan sonrakı “level” də mitinqə çıxan xanımları “hədəf” göstərməkdir.

Həmin məntiqə görə boşanmış və boşanmamış qadınların arxasıyca gecə-gündüz ağızları sulana-sulana, yalan-palan danışanlara görə kimisi qızını, kimisi bacısını, kimisi keçmiş və ya indiki həyat yoldaşını öldürməlidir. Özü də bu az qala yeganə yol kimi göstərilir.

Bu ölkədə minlərlə boşanmış qadın var. Hər birinin haqqında uydurmalar, yalanlar, dedi-qodular danışan ən azı bir nəfər yaramaz mütləq var. Neynəsin o qadınların yaxınları?

Boşanmaq həmin “yazının” alt qatında gizlədildiyi, təbliğ edildiyi kimi əxlaqsızlıq deyil. Cəmiyyət tarixində birgə yaşaya bilməyən insanların biri-birini və ya özü özlərini öldürməmək (intihar etməmək) üçün tapılmış ən ideal hüquqi yoldur”.

pravda.az

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36