Cümə, 26 Aprel

Azərbaycanın Ermənistana Qərbi Zəngəzur şərti: Sülh yoxdursa...

image

Azərbaycan siyasi, iqtisadi, humanitar və mədəni cəhətdən nəinki regional, hətta qlobal dialoq məkanına çevrilib. Ötən dövr ərzində ölkəmizdə mötəbər beynəlxalq tədbirlərin keçirilməsi buna sübutdur. Pandemiya ilə əlaqədar obyektiv səbəblərdən bir müddət kütləvi tədbirlərin keçirilməsi məhdudlaşdırılsa da, artıq tədricən həyat öz axarına qayıdır. Bakı şəhəri qlobal dialoq məkanı olaraq öz rolunu davam etdirir.

Bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

O qeyd edib ki, Prezident İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumunun keçirilməsi də aktual məsələlərin müzakirəsi baxımından çox əhəmiyyətlidir: “Bakı Qlobal Forumu Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil olunan ənənəvi platformadır. İndiyədək səkkiz Forum gerçəkləşib və həmin forumlarda yüzlərlə nüfuzlu xarici qonaqlar təmsil olunub. Artıq Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal problemlərin həlli yollarını araşdıran və bu barədə dünya ictimaiyyətini məlumatlandıran mühüm beynəlxalq mərkəzə çevrilib. Bu mənada IX Qlobal Bakı Forumunda 50-dən çox ölkənin, eləcə də nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri təmsil olunur”.

Millət vəkili bildirib ki, Prezident İlham Əliyev Forumda dərin məzmunlu çıxış edərək bu mötəbər tədbirin əhəmiyyətini vurğulayıb: “Dövlətimizin başçısı II Qarabağ müharibəsinin nəticələri, Cənubi Qafqaz regionunda mövcud vəziyyət, bölgədə sülhün, təhlükəsizliyin və əməkdaşlığın təmin olunması istiqamətində Azərbaycanın təşəbbüsləri haqqında ətraflı fikirlərini ifadə etdi. Prezident çıxışında Ermənistanın əldə edilən razılaşmaları pozduğunu vurğuladı. Belə ki, 10 noyabr razılaşmasına uyğun olaraq ermənilər Laçın yolundan sərbəst istifadə etsələr də, azərbaycanlılar Ermənistan ərazisindən keçən yoldan, bizi Naxçıvanla birləşdirən Zəngəzur dəhlizindən istifadə edə bilmirlər. Bu, ədalətsizdir. Ermənistan tərəfindən bizə belə bir əlaqə yolunun verilməsi məsələsinin məqsədyönlü şəkildə gecikdirilməsi səmərəsizdir. Zəngəzur dəhlizinin açılması məsələsinin ən qısa zamanda həlli gələcək regional sülhün fundamental elementlərindəndir. Əgər bizə bu əlaqə yolu təqdim edilməyəcəksə, sülh haqqında danışmaq çətin olacaq”.

Sevinc Fətəliyeva dövlət başçısının Azərbaycanda yaşayan ermənilərlə bağlı önəmli fikirlərinə də diqqət çəkib: “Ölkə başçısı Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Qarabağda yaşayan erməni əhalisinin hüquqları və təhlükəsizliyinin təmin olunması fikrini dəstəklədiyini söyləyib. Çünki Azərbaycanın bütün əhalisinin hüquq və təhlükəsizliyi Konstitusiya ilə təmin edilir. Azərbaycan çoxmillətli ölkədir və erməni əhalisi də digər vətəndaşlar kimi bərabər hüquqlara malikdir. Amma Ermənistanın yenidən “status” məsələsini gündəmə gətirməsi, ərazi bütövlüyümüzü şübhə altına alması cəhdləri isə yolverilməzdir. Bu, əslində Ermənistanın özünə problem yaradacq. Çünki Azərbaycan 1920-ci ildə sovet hakimiyyəti tərəfindən Ermənistana verilmiş Qərbi Zəngəzur məsələsini gündəmə gətirə bilər. Düşünürəm ki, rəsmi İrəvan Prezidentimizin bu fikirlərindən nəticə çıxarmalı və sülhə gedən yolda süni maneələr yaratmamalıdır”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33