Cümə, 10 May

Çimərliklərə haradan və neçəyə getmək olar? - Siyahı

image

Xəbər verdiyimiz kimi, Bakı meriyası əhalinin yay istirahətinin təşkili məqsədilə 15.06.2022-ci il tarixdən 8 marşrut xəttinin şəhər çimərliklərinə qədər uzadılması barədə qərar qəbul edib.

BNA-dan verilən məlumata görə, sözügedən marşrutların başlanğıc məntəqəsi “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzidir.

Yay mövsümündə vətəndaşların Koroğlu NMM-dən Mərdəkan çimərliyinədək (Şüvəlan – Buzovna yolu) ictimai nəqliyyatla birbaşa gedişinin təmin edilməsi üçün M10 nömrəli mövsümi ekspress marşrut xəttinin fəaliyyəti də bərpa edilib. M10 başlanğıc dayanacaq məntəqəsi “Koroğlu” NMM olmaqla, Şüvəlan – Mərdəkan çimərliyi (Şüvəlan – Buzovna yolu) istiqamətində əvvəlcədən müəyyən edilmiş dayanacaqlarda dayanmaqla vətəndaşlara xidmət göstərəcək. Marşrutun gediş haqqı 50 qəpikdir.

Digər 8 marşrutda gediş haqqı isə belədir:

101 nömrəli marşrut (“Türkan” çimərliyinədək) - 30 qəpik,

107 nömrəli marşrut (“Buzovna” çimərliyinədək) - 50 qəpik,

146 nömrəli marşrut (“Şüvəlan” çimərliyinədək) - 40 qəpik,

171 nömrəli marşrut (“Sea Breeze” istirahət mərkəzinədək) - 50 qəpik,

172 nömrəli marşrut (“Bilgəh” bağlarınadək) - 40 qəpik,

179 nömrəli marşrut (“Pirşağı” çimərliyinədək) - 35 qəpik,

180 nömrəli marşrut (“Zirə” çimərliyinədək) - 40 qəpik,

182 nömrəli marşrut (“Mərdəkan” çimərliyinədək) - 30 qəpik.

Qeyd edək ki, 15 iyundan çimərlik mövsümi açıq elan edilib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44
image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25
image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32