Cümə axşamı, 09 May

Sərkisyan Zəngəzurda: “Bu ərazilər Azərbaycana verildi”

image

Ermənistan Prezidenti Armen Sərkisyan Zəngəzura gəlib.

Xəbər verilir ki, o, səfəri çərçivəsində Gorus, Sisyan, Xndzoresk, Artaşen və Karaxunj rayonlarının kəndlərinin rəhbərləri ilə görüşüb.

Görüşdə bölgədə müharibədən sonrakı vəziyyət, Azərbaycanla sərhədlərin müəyyənləşdirilməsi məsələləri müzakirə olunub.

Kəndlərin rəhbərləri Azərbaycanla sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı təhlükəsizlik məsələsini “prioritet problem” kimi təqdim ediblər. Onların sözlərinə görə, yerli sakinlərin əsas məşğuliyyəti maldarlıqdır, lakin sərhəd xətlərinin işarələnməsindən sonra bir çox otlaq və əkin torpaqları Azərbaycan ordusunun nəzarətinə verilib.

Onlar bunun əhalinin onsuz da çətin olan sosial-iqtisadi vəziyyətini daha da pisləşdirdiyini deyiblər.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44
image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25
image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32