Cümə, 10 May

Bu gün növbəti imtahanlar keçiriləcək

image

İyunun 12-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən doktorantura və dissertantura səviyyəsində xarici dildən qəbul imtahanı və fəlsəfə doktoru imtahanları, həmçinin buraxılış imtahanı çərçivəsində ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə mayın 8-də keçirilən Azərbaycan dili imtahanında iştirak etməyən cari ilin məzunları, ali və orta ixtisas təhsil müəssisələrinə qəbul olmaq üçün sənəd verən, lakin mayın 8-də keçirilən imtahanda iştirak edib “qeyri-məqbul” qiymət alan cari və əvvəlki illərin abituriyentləri üçün Azərbaycan dili fənni üzrə test imtahanı (ikinci cəhd) keçiriləcək.

Xəbər verilir ki, doktoranturaya qəbul imtahanına 1718 nəfər (1672 nəfər ingilis dili, 24 nəfər fransız dili, 22 nəfər alman dili), fəlsəfə doktoru imtahanına 491 nəfər (470 nəfər ingilis dili, 14 nəfər fransız dili, 7 nəfər alman dili) qeydiyyatdan keçib. 9 əcnəbi isə Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı verəcək.

İmtahanda 2 nəfər fiziki məhdudiyyətli (gözdən əlil) namizəd da iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binasında xüsusi zal ayrılıb və fərdi nəzarətçilər təyin edilib.

Azərbaycan dili (dövlət dili kimi) imtahanında isə 1153 abituriyentin (şagirdin) iştirakı nəzərdə tutulur
İmtahanlar saat 11:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44
image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25
image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32