Şənbə, 27 Aprel

“20 qəpiklik oxumaqları yoxdur, toya 20 minə gedirlər...“ - QALMAQAL

image

Müğənnilərin toy qiymətləri hər zaman insanların marağında olub.

Bəzi sənətçilərin fantastik toy qiymətləri olsa belə, bu amil insanları onlardan uzaqlaşdırmayıb. Lakin koronavirus hər şey kimi müğənnilərə də təsirsiz ötüşmədi.

Maraqlıdır, əvvəllər məclislərə yüksək qiymətə gedən müğənnilərimiz qiymətlərdə niyə güzəşt etmirlər? 

Mövzu ilə bağlı müğənni Əli Mirəliyev bəzi həmkarlarının toy üçün şişirdilmiş rəqəmlər tələb etdiklərini bildirib:

“Vaxtilə müğənnilər toy üçün özlərinə hədsiz çox qiymət qoydular. Sən kimsən ki, toya 20 min manata gedəsən? 20 qəpiklik oxumağınız yoxdur. Nə Gülağa, nə Anatollu Qəniyev, nə Akif İslamzadə, nə mən o cür qiymətlər deməmişik. Hansı ki, o vaxt bütün respublikanın toylarında məhz bizlər oxuyurduq. Zərfin içərisində nə gətirib verirdilərsə, onu alırdıq. İnsanlar bizimlə qiymət danışmırdı, kiminsə toyunda oxumuşuqsa qohumundan maraqlanırdı, ona uyğun bizə qonorar verirdi. Bundan əlavə, sifariş, şabaş olduqda da bizə deyirdilər ki, götürün, halal xoşunuz. O vaxt başqa cür idi. İndikilər 15-20 min qiymət oxuyurlar. Aygün, Röya, Abbas kimi müğənnilər toy qiymətləri ilə gündəmə gəlirlər. Biri deyir 15 minə, o biri deyirdi 20 minə toylara gedirəm. Toylar olmasa, heç kimsiniz. İstər Aygün Kazımova olsun, istər Nadir Qafarzadə, istərsə Vasif Məhərrəmli...”.

İfaçının sözlərinə görə, kimin nə deməyindən asılı olmayaraq, əvvəllər toya baha qiymətə gedən sənətçilərə hazırda o məbləği verən yoxdur:

“İndi o pulları verən yoxdur. Mənim gözümün qabağında toy yiyələrinə qiymət oxuyurdular. Həmişə deyirdim ki, siz bir gün yanacaqsınız. Bu söhbət 7-8 il bundan əvvəl olub. Pandemiyadan sonra həyat onsuz da dəyişmişdi, Rusiya-Ukrayna arasında gedən müharibədən sonra dünya tamamilə dəyişəcək. Bizim gördüklərimiz hamısı artıq getdi, başqa bir dövran gələcək. Toy olacaq düzdür, amma müğənnilər insanlara deyə bilməyəcək ki, mənə filan qədər pul ver. Bu mümkün deyil. Dünya quruluşu dəyişəndə, bizim öyrəşdiyimiz toylar da başqa forma ala bilər. Ola bilər ki, bizdə də xaricdəki kimi 40-50 nəfər yaxınların iştirakı ilə toylar keçirilsin. Belə toylarda müğənnilərin hay-həşirlə oxumağına ehtiyac olmayacaq. Mən xaricdə bu cür toylarda iştirak etmişəm, onlar ayaq üstə toy edirlər. Mən o vaxt baxıb gülürdüm, amma indi görürəm ki, həqiqətən vaxt gələcək bizdə də bu cür olacaq. Biz artıq Avropaya doğru gedirik. Oliqarxların müğənniləri məclisinə çağırıb, başına şabaş töküb özünü göstərməyi artıq olmayacaq. Müğənnilər bunu başa düşməlidir”.  

 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36