Cümə, 17 May

Rus telekanallarının verilişləri qadağan edildi

image

Moldova parlamenti Rusiya telekanallarında bir sıra xəbər proqramlarının ölkədə yayımını qadağan edən qanun qəbul edib.

Xəbər verilir ki, hakim Fəaliyyət və Həmrəylik Partiyasının deputatları qanunun lehinə səs veriblər.

Qanuna əsasən, Transsərhəd Televiziya haqqında Avropa Konvensiyasını ratifikasiya etməyən ölkələrin hərbi, siyasi, informasiya və analitik proqramlarının təkrar yayımının qadağan edilməsi təklif edilir.

Bundan əlavə, xarici istehsalın 50%-i Avropa, Amerika və ya Avropa Konvensiyasına uyğun ölkələrin televiziya istehsalı olmalıdır. Bu isə o deməkdir ki, Rusiya televiziya məhsullarını təkrar yayımlayan Moldova teleşirkətləri yalnız filmlərin, serialların, musiqi və əyləncə proqramlarının təkrar yayımı üçün qənaət edə bilərlər.

Yeri gəlmişkən, bu qadağa 2017-ci ildə qoyulsa da, 2020-ci ildə ləğv edilib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41