Çərşənbə, 15 May

Ukrayna Baş Qərargahı: “Rusiya bütün istiqamətlərdə PUA-larını itirir”

image

Rusiyalı ordusu gedən döyüşlərdə bütün istiqamətlərdə PUA-larını itirir.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd edilir ki, Belarus Silahlı Qüvvələrinin bölmələri Volın və Polesye istiqamətlərində müasir silah və hərbi texnika modelləri ilə yenidən təchiz edilir. Belarusdan raket və hava zərbələri təhlükəsi qalmaqdadır.

Rusiya Federasiyası ərazisindən Sumı rayonunun Seredina-Buda, Proqress və Çerniqov vilayətinin Leonovka yaşayış məntəqələri minaatanlardan atəşə tutulub.

Qara və Azov dənizlərinin sularında Rusiya Federasiyasının gəmiləri Primorski istiqamətində döyüş bölgəsinin təcrid olunması, kəşfiyyat və atəş dəstəyi tapşırıqlarını yerinə yetirməyə davam edir. Rusiya ordusu Qara dənizin şimal-qərb hissəsində gəmilərin hərəkətinə əngəl yaratmağa davam edir. 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00