Cümə, 10 May

“The Guardian” YAP-la bağlı məqaləsinə müsbət dəyişiklik edib

image

“The Guardian” Yeni Azərbaycan Partiyasının (YAP) təkzib müraciətindən sonra “Facebook bizim kimi ölkələrlə maraqlanmır": Azərbaycan trol şəbəkəsi qadağadan bir neçə ay sonra geri qayıdır” sərlöhvəli məqaləsinə düzəliş vermək qərarına gəlib.

Verilən xəbərə  görə, YAP-ın yaydığı məlumatda bildirilir ki, yazıda qeyd edilib ki, bu məqalə nəşrindən sonra YAP-dan və “Facebook”dan verilən məlumatları daxil etmək üçün 15 aprel tarixində redaktə olunub.

Əlavə edilib ki, bu məqalənin dərcindən sonra YAP “Azad söz” səhifəsindəki 6 mart tarixli posta təhqiramiz şərhlər yazan səhifələrlə hər hansı əlaqəsinin olmasını inkar edib.

“Facebook”dan daxil olan məlumatı da məqaləyə əlavə edən “The Guardian” yazıb: “Bazar ertəsi günü şirkət etibarsız davranış qaydalarını pozan və "The Guardian" tərəfindən müəyyənləşdirilən 300-dən artıq səhifəni ləğv etdiyini söyləyib. Bu məqalənin nəşrindən sonra “Facebook” həmin səhifələrin siyahısını nəzərdən keçirdiyini və YAP-la hər hansı əlaqə tapmadığını bildirib”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44
image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25
image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32