Cümə axşamı, 09 May

Türkiyə cüdoçusu Avropa çempionu oldu

image

Türkiyə cüdoçusu Vedat Albayrak Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avropa çempionatında qızıl medal qazanıb.

Aldığımız məlumata görə, 81 kq çəki dərəcəsində yer alan 28 yaşlı idmançı finalda Mattias Kasseyə qızıl xal bölümündə qalib gəlib. Bu, həm də "ay-ulduzlular"ın ilk medalı olub.

Qeyd edək ki, Vedat Albayrakın əsl adı Vano Revazişvilidir. O, 2 mart 1993-cü ildə Qazaxıstanın Kokçetav şəhərində gürcü ailəsində doğulub. 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında Yunanıstanı Roman Mustopulos adı ilə təmsil edib. 2017-ci ildən Türkiyə yığmasında Vedat Albayrak adı ilə mübarizə aparır.

Albayrak 2018-ci ildə Bakıda keçirilmiş dünya çempionatında bürünc medal qazanıb. Avropa çempionatındakı ilk görüşündə isə o, azərbaycanlı cüdoçu Murad Fətiyevi yenib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44
image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25
image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32