Tanınmış müğənni şou verilişi aparacaq - Video
Tanınmış müğənni şou verilişi aparacaq - Video
İzzət Bağırov yeni layihəyə başlayır. Belə ki, aprelin 23-də ifaçının yeni verilişi nümayiş olunacaq. MTV-də yayımlanan veriliş “İzzət Şou” adlanır.
Xəbər verilir ki, İzzət Bağırov bildirib ki, yeni layihəsi maraqlı bir şou üzərində qurulub:
“Bu veriliş hər həftənin cümə günləri saat 21:00-dan, 23:00-a qədər nümayiş olunacaq. Verilişin formatı əyləncəli şou üslubunda hazırlanıb. Burada canlı orkestr, ansambl ifaçıları müşaiyət edəcək. Artıq ilk verilişi çəkmişik, Allahın köməkliyi ilə Aprelin 23-də MTV–nin efirində ilk verilişimiz nümayiş olunacaq.
Verilişin qonaqları isə xalq artisti Röya Ayxanla tanınmış aktyor, aparıcı Fərda Xudaverdiyev olacaq. Veriliş üçün gözəl pavilyon hazırlatdıq. Məlumat üçün bildirim ki, 2 aydır həmin pavilyonun hazırlanması üçün zaman sərf olunub”.
Qeyd edək ki, bu televiziya layihəsi ifaçının ilk aparıcılıq təcrübəsi deyil, bundan bir neçə il öncə İzzət Bağırov 4 il ATV telekanalında “ATV şou” verilişinin aparıcısı olub.
Azadsoz.com