Şənbə, 27 Aprel

Almaniyada inflyasiya rekord həddə çatıb

image

Apreldə Almaniyada inflyasiya 7,4% təşkil edib ki, bu da ölkənin 1990-cı ildə birləşməsindən bəri ən yüksək göstəricidir.

Xəbər verilir ki, bu barədə Federal Statistika İdarəsi məlumat yayıb. Qeyd olunub ki, aprel ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə istehlak qiymətləri 7,4% artıb.

Sonuncu dəfə inflyasiya bu səviyyəyə 1981-ci ilin payızında, İran-İraq müharibəsindən sonra neftin qiymətinin qalxdığı vaxt çatmışdı.

Martda Almaniyada inflyasiya 7,3%, fevralda 5,1%, yanvarda isə 4,9% təşkil edib. Mart ayı ilə müqayisədə apreldə istehlak qiymətləri 0,8% bahalaşıb. Ukraynada baş verən hadisələr fonunda təkcə enerji deyil, digər əmtəələrin, məsələn, ərzaq məhsulları da bahalaşıb. O cümlədən, aprel ayında ölkədə ərzaq məhsullarının qiymətləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,6% bahalaşıb. Aylıq əsasda qiymətlər 3,6% artıb.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36