Cümə, 26 Aprel

Şimali Koreya 14-cü dəfə ballistik raket sınaqdan keçirib

image

İlin əvvəlindən edilən xəbərdarlıqlara məhəl qoymayan Şimali Koreya növbəti dəfə ballistik raket sınaqdan keçirib.

Xəbər verilir ki, bu barədə məlumatı Cənubi Koreyanın Baş Qərargahı yayıb. Sınağın yerli vaxtla saat 12:03-də Pxenyan yaxınlığındakı Sunan bölgəsində Yapon dənizi istiqamətində aparıldığı bildirilib.

Yaponiya Müdafiə Nazirliyi raketin Yaponiyanın ərazisindən kənara düşdüyünü açıqlayıb. Yaponiyanın Baş naziri Kişida Fumio bölgədə gəmilərə və təyyarələrə mümkün zərərin aşkarlanması ilə bağlı araşdırmaların aparılması üçün göstəriş verib.

Qeyd edək ki, sözü gedən sınaq ilin əvvəlindən Şimali Koreyanın həyata keçirdiyi 14-cü sınaqdır.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33