Cümə, 26 Aprel

Kim Çen Putinin Ukrayna ssenarisini təqlid edir...

image

Rusiya Prezidenti Vladimir Putin bütün dünyanın gözü qarşısında nüvə qılıncını çıxarır, onun “şagirdi” isə diqqətlə qeydlər aparır.

Xəbər verilir ki, bu barədə “Vaşinqton Post” məlumat yayıb.

“Putinin Ukraynaya hücumundan sonra Şimali Koreya lideri Kim Çen İnin hərəkətlərinin və bəyanatlarının getdikcə daha aqressiv olması təsadüfi deyil. Şimali Koreyanın məqsədi Cənubi Koreyanı ələ keçirməkdir. Şimali Koreya rəhbəri Putinin Ukrayna ssenarisini ən azı iki yolla təqlid edir. Birincisi, hərbi mövqeləri dəyişdirir. İkincisi isə Qərbi potensial münaqişəyə müdaxilə etməkdən çəkindirmək üçün ölkənin nüvə doktrinasında dəyişiklik edir. Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra Şimali Koreya ABŞ-a çata bilən iki qitələrarası ballistik raket də daxil olmaqla dörd ballistik raket sınağı keçirib. Aprel ayında onlar taktiki nüvə silahlarını döyüş mövqelərinə çatdıra bildiyi iddia edilən raketi də sınaqdan keçirdilər. Ritorika Cənubi Koreyaya birbaşa təhdidlər istiqamətində də güclənir. Bu ayın əvvəlində Kim Çenin bacısı bildirib ki, Seul hərbi qarşıdurmaya girsə, Pxenyan nüvə silahından istifadə edəcək. Rusiyanın Ukraynaya təcavüzündən alınan dərs odur ki, aqressiv diktatorları cilovlamağın bir yolu aydın təhlükəsizlik zəmanətlərindən keçir, yəni ABŞ Yaponiya və Cənubi Koreyaya hərbi dəstəyini artırmalıdır”, - məlumatda deyilib.

Nəşr əlavə edib ki, demokratik qonşularını təhdid edən bütün diktatorları cilovlamağın ən təsirli yolu Putinin Ukraynada uğursuzluğa düçar edilməsi olacaq. Bu halda diktatorlar təcavüz yolundan dönəcəklər.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33