Cümə, 26 Aprel

Podolyak BMT-ni “zəif təşkilat” adlandırdı - VİDEO

image

BMT-nin baş katibi Antonio Quterreş Ukraynaya səfər edib. 

Baş katib Prezident Volodimir Zelenski və xarici işlər naziri Dmitro Kuleba ilə danışıqlar aparacaq. 

“Mən Ukraynaya Rusiyaya səfər etdikdən sonra gəldim. Biz humanitar yardımın genişləndirilməsi və mülki şəxslərin münaqişə zonalarından təxliyəsinin təmin edilməsi istiqamətində işimizi davam etdirəcəyik”, - deyə baş katib “Twitter”də yazıb. 

Bir gün əvvəl isə o, Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Prezident Vladimir Putinlə danışıqlar aparıb.

Bu arada, BMT-nin baş katibi Antonio Quterreşin Ukraynada sülhün bərqərar olması səyləri çərçivəsində əvvəlcə Rusiyaya, daha sonra Ukraynaya getməsinə rəsmi Kiyevdən reaksiya gəlib. Ukraynanın Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak Birləşmiş Millətlər Təşkilatını tənqid edib. O, BMT-ni “zəif təşkilat” adlandırıb. 

“Mən təəccüblənirəm ki, BMT kimi təşkilatın nümayəndələri Ukraynaya deyil, ilk növbədə Rusiya Federasiyasına gedirlər. Müharibənin 63-cü günündə humanitar dəhlizlərdən danışmağa başlamaları qəribə səslənir. BMT zəif təşkilatdır”, - deyə Podolyak bildirib.

Azadsoz.com

Video

image
Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33