Çərşənbə axşamı, 07 May

Lukaşenko Qərblə Putinin razılığı olmadan DANIŞIQLAR APARIR -  Arestoviç

image

Belarus Prezidenti Aleksandr Lukaşenko Qərb ölkələri ilə ayrıca danışıqlar aparır. 

Xəbər verilir ki, bu barədə Prezidentident Aparatı rəhbərinin müşaviri Aleksey Arestoviç müsahibəsində bildirib.

“Belarusu çox fəal şəkildə müharibəyə cəlb etməyə çalışırdılar. Lukaşenko bacardığı qədər fırlanır və bizdə olan məlumata görə, o, Qərblə aktiv şəkildə ayrı-ayrılıqda danışıqlar aparır. Bu barədə bizə həm Belarus müxalifəti, həm də Qərb kəşfiyyatı məlumat verir. Ancaq Belarus ərazisi və Belarusun hərbi infrastrukturu – aerodromlar, təchizat bazaları, dəmir yolu şəbəkəsi tamamilə bizə qarşı istifadə edildi.

Bu, elə əsl hərbi təcavüzdür. Amma biz bu məsələni konkret olaraq qaldırmadıq, çünki biz Belarusun özünü başa düşürük və belarus xalqı ilə Belarus hakimiyyətini çox aydın şəkildə ayırırıq. Və biz Belarus xalqının buna qarşı olduğunu gördük. İndi Belarus ərazisindən çox az istifadə olunur, praktiki olaraq istifadə edilmir. Aviasiya uzun müddətdir ki, fəaliyyətsizdir, raketlər praktiki olaraq atəş açmır. Bir neçə epizod buraxılış oldu. Belarus partizanları dəmir yolu şəbəkəsini dağıda bildilər.

Mən onları buna çağırdım və Belarusda mənə qarşı terrora görə cinayət işi qaldırıldı. Amma gördüyünüz kimi boş yerə olmayıb. Onlar həqiqətən də dəmir yolunu korladılar və rus qoşunlarının işini çox çətinləşdirdilər. Lukaşenko isə yenə vurnuxmaqda davam edir. Artıq Belarus ərazisi ilə bağlı narahat deyilik”, – deyə Arestoviç bildirib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25
image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32
image

Türkiyədə benzin ucuzlaşdı

  • 06.05.2024 - 12:51
image

Rusiya onu da axtarışa verdi

  • 06.05.2024 - 08:56
image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24