Bazar, 19 May

Ruslar Ukraynada Leninin heykəlini ucaltdılar - FOTO

image

Ukraynanın Xerson vilayətinin Heniçesk liman şəhərində diqqətçəkən hadisə baş verib.

Xəbər verilir ki, Rusiyanın 2014-cü ildə ilhaq etdiyi Krımın şimalındakı bölgədə çəkilən və "Facebook"da paylaşılan fotolarda Sovet İttifaqının lideri Vladimir Leninin vilayət administrasiyası binası qarşısında heykəli ucaldılıb.

Paylaşılan fotolarda Leninin heykəlinin arxasındakı binada Rusiya bayrağının dalğalandığı da görünür.

Bildirək ki, 2015-ci ildə qəbul edilən qərarla Leninin Ukraynadakı heykəlləri sökülüb. Heniçesk vilayəti Leninin heykəllərinin qaldığı son rayon kimi qeydə alınıb.

Xersonlu məşhur adlardan biri olan Yuri Sobolevski yeni heykəlin qoyulduğunu təsdiqləyib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41