Cümə, 26 Aprel

Zelenski üzvlük anketini Aİ-yə təqdim edib

image

Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynanın Avropa İttifaqı (Aİ) üzvlüyünə namizəd statusu əldə etməsi üçün zəruri addım olan doldurulmuş sorğu anketini qurumun Kiyevdəki nümayəndəliyinin rəhbəri Matti Maasikasa verib.

Xəbər verilir ki, bu barədə Ukrayna Prezident Ofisi məlumat yayıb.

Xatırladaq ki, aprelin 8-də Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayen Ukraynada keçirdiyi mətbuat konfransında həmin anketi Zelenskiyə təqdim etmiş və onu bir neçə il ərzində yox, həftələr ərzində doldurmağa kömək edəcəyinə söz vermişdi.

Bu anket Avropa Komissiyasına Aİ Şurasına Ukraynanın quruma daxil olması ilə bağlı danışıqların başlanması istiqamətində müzakirələrə başlamağı tövsiyə etməyə imkan verəcək.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33