Çərşənbə, 08 May

Bakıda “Mercedes”in bir neçə dəfə çevrilməsi zamanı xəsarət alanların durumu açıqlandı - YENİLƏNİB /VİDEO

image

Ötən gün baş verən qəza ilə bağlı Kliniki Tibbi Mərkəzə üç nəfər rmüraciət edib. 

Bu barədə sorğusuna cavab olaraq Kliniki Tibbi Mərkəzin mətbuat xidmətinin rəhbəri Elnur Hidayətoğlu məlumat verib. Onun sözlərinə görə, onlar artıq evə buraxılıblar:

“Hadisə nəticəsində müraciət edənlər - 1963-cü il təvəllüdlü qadın və 2015, 2019-cu il təvəllüdlü uşaqlar olub. İlkin həkim müayinəsindən sonra hər üç şəxs evə buraxılıb”. 

Sözügedən qəzada ağır xəsarət alan olmayıb. 

Bu barədə Oxu.Az-a Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib. 

V.Əsədov sözügedən ünvanda baş verən qəzanın iki “Mercedes” markalı avtomobilin toqquşması səbəbindən baş verdiyini deyib:

“Mercedes” markalı 10-HD-581 və 90-CC-589 dövlət nömrə nişanlı avtomobillər toqquşub. Hadisə nəticəsində, bizdə olan məlumata görə, üç nəfər müvafiq qaydada profilaktik məqsədlə xəstəxanaya müraciət edib. Faktla bağlı araşdırma aparılır”.

09:52

Bakıda ağır avtomobil qəzası baş verib.

Bu barədə video sosial şəbəkədə paylaşılıb.

Qəza nəticəsində “Mercedes-Benz” markalı, 10-ND-561 dövlət nömrə nişanlı avtomobilin bir neçə dəfə çevrilərək aşdığı iddia edilir.

Məlumata görə, qəzada beş nəfər yaralanıb. Üç böyük və iki azyaşlının olduğu qəzadan sonra iki nəfər Kliniki Tibbi Mərkəzə müraciət edib. Qəza zamanı nəqliyyat vasitəsində olan uşaqların müvafiq olaraq səkkiz və doqquz yaşları olub. 

Həmin görüntüləri təqdim edirik:

Azadsoz.com

Video

image
Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25
image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32
image

Türkiyədə benzin ucuzlaşdı

  • 06.05.2024 - 12:51
image

Rusiya onu da axtarışa verdi

  • 06.05.2024 - 08:56