Çərşənbə, 08 May

Nyu-York metrosunda sərnişinləri gülləbaran edən şəxs qaradərili olub - YENİLƏNİB + FOTO/VİDEO 

image

Nyu-York metrosunun Bruklin stansiyasında odlu silahla 13 nəfəri yaralayan şəxs qaradərili olub.

Şahidlərin sözlərinə görə, nəqliyyat idarəsi işçilərinin geyindiyi jiletdə olan kişi vaqona digər sərnişinlərlə mübahisə edib.

Sonra o vaqona tüstü bombası atıb və ardınca ətrafdakı insanlara atəş açıb. Polis hadisə yerində aktiv partlayıcı maddələrə rast gəlinmədiyini bildirir.

Şübhəli şəxs hələ də tapılmayıb, onun axtarışları davam etdirilir.

18:52

Sosial şəbəkələrdə Nyu York metrosunda baş verən atışmanın ilk saniyələrində çəkilmiş görüntülər yayılıb.

Videonu qatarda olan şəxslərdən biri öz telefonuna çəkib.

Son məlumata görə, Nyu York metrosunda baş verən atışma zamanı 13 nəfər xəsarət alıb, onlardan birinin vəziyyəti ağırdır.

18:08

Nyu-Yorkun “Sunset Park” metro stansiyasında atışma baş verib.

Hadisə nəticəsində ilkin məlumatlara görə, 13 nəfər yaralanıb. Onlardan ən azı birinin vəziyyətinin kritik olduğu bildirilir.

 

 

Azadsoz.com

Video

image
Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25
image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32
image

Türkiyədə benzin ucuzlaşdı

  • 06.05.2024 - 12:51
image

Rusiya onu da axtarışa verdi

  • 06.05.2024 - 08:56