Çərşənbə, 15 May

Rusiya “Luna-25” robot kompleksini işə salır – Putin AÇIQLADI

image

Rusiya lideri Vladimir Putin Ay proqramını bərpa etmək və “Luna-25” robot kompleksini işə salmaq niyyətindədir.

Xəbər verilir ki, bu barədə Putin özü məlumat verib: “Biz Ay proqramına davam edəcəyik. Söhbət Vostoçnı kosmodromundan “Luna-25” kosmik robot kompleksinin avtomatik aparatının buraxılmasından gedir” – o vurğulayıb.

Bundan əvvəl Çin və Rusiyanın Ayda tədqiqat stansiyasının yaradılmasına dair hökumətlərarası sazişin mətni üzrə konsensus əldə etdikləri açıqlanmışdı.

Çin Milli Kosmik Agentliyinin rəis müavini Vu Yanhuan isə Pekin və Kremlin bu ilin sonuna qədər Ayda stansiyanın yaradılmasına dair hökumətlərarası saziş imzalaya biləcəklərinə diqqət çəkmişdi.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00