Şənbə, 18 May

“eBay” Rusiyaya mal göndərməyi dayandırdı

image

Daha bir neçə şirkət Rusiya qarşı sanksiyalara qoşulub.

Xəbər verilir ki, bunların arasında “Ericsson” və “eBay” kimi məşhur şirkətlər də var.

Bu barədə Ukraynanın rəqəmsal transformasiya naziri Mixaylo Fedorov öz Teleqram kanalında məlumat verib.

“Rusiya Federasiyasının rəqəmsal blokadası davam edir. Söhbət texnologiya şirkətlərindən və onların Rusiyaya qarşı sanksiyalarından gedir. Beləliklə, Ericsson Rusiyadakı fəaliyyətini qeyri-müəyyən müddətə dayandırır. Fevralın sonunda şirkət Rusiyadakı müştərilərə bütün çatdırılmaları dayandırıb. “Ericsson”un Rusiyadakı əməkdaşları ödənişli məzuniyyətə göndəriləcək. Bundan əlavə, “eBay” Rusiyaya göndərişi dayandırdı. Onlayn auksionlar və onlayn mağazalar sahələrində xidmət göstərən ABŞ şirkəti rusiyalı alıcılara malların çatdırılmasını dayandırıb” -  nazir qeyd edib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41