Cümə, 17 May

Ukraynada 440-dan çox PUA vurulub – Rus general

image

Rusiya Ukraynanın müharibə itkiləri ilə bağlı yeni rəqəmlər açıqlayıb.

Xəbər verilir ki, Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkovun sözlərinə görə, Rusiya Hava Kosmik Qüvvələrinin operativ-taktiki aviasiyası son sutka ərzində Ukraynanın 78 hərbi obyektini vurub.

“Ukraynada xüsusi əməliyyat başlayandan bəri Rusiya Silahlı Qüvvələri 441 pilotsuz uçan aparatı, 239 yaylım atəşi reaktiv qurğusunu və 2079 tank və zirehli texnikanı məhv edib. Bundan başqa, Rusiya qoşunları yüksək dəqiqlikli silah zərbəsi ilə Donbassda 9 tankı, 5 "Akatsiya" özüyeriyən artilleriya qurğusunu, 5 "Qrad" yaylım atəşi reaktiv qurğusunu və 60-dan çox millətçini məhv edib",- general gündəlik hesabatı təqdim edərkən bildirib.

Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi fevralın 24-də başlayıb.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41