Bazar, 19 May

“Rusiya əsas səylərini Mariupolu ələ keçirməyə cəmləşdirib” - Ukrayna Baş Qərargahı

image

“Rusiya işğalçılarının əsas səyləri Mariupolun ələ keçirilməsinə, İzyum şəhəri ərazisinə hücuma və Donetsk istiqamətində Birləşmiş Qüvvələrin (Donbas ərazisində təmas xəttində dayanan ukraynalı hərbçilər – “Report”) müdafiəsini yarmağa yönəlməkdə davam edir. Yujnobuq yasaqlığı istiqamətində düşmən qoşunlarımızın irəliləməsinin qarşısını almağa çalışır”.

Xəbər verilir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı açıqlayıb.

Bildirilib ki, Belarus Silahlı Qüvvələri ölkənin bütün ərazisindəki poliqonlarda əməliyyat və döyüş hazırlığı keçirir. Ukrayna-Belarus sərhədinin mühafizəsinin gücləndirilməsinə 4-ə qədər tabor taktiki qrupu cəlb olunub. Belarus ərazisindən Ukraynanın hərbi və mülki infrastrukturuna hava zərbələri endirilməsi ehtimalı hələ də qalır.

Məlumatlara görə, özəl hərbi şirkətin yeni bölmələrini yaratmaq məqsədilə Belarus ərazisindən qondarma “könüllülər” cəlb olunur.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41