Cümə, 10 May

Hande Harmancıdan peyvəndlənmə ilə bağlı mühüm xəbər

image

"Şərqi Avropa ölkələrində koronavirusa yoluxmaların artma səbəbi "Omikron" ştamı ilə əlaqəli ehtimal edilir. Hətta həmin ştamın B1 və B2 versiyaları da yaranıb".

Xəbər verilir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib.

Onun sözlərinə görə, B2 versiyası isə daha sürətli yoluxma qabiliyyətinə malikdir:

“Yüksək risk qrupuna aid olan şəxsləri, eləcə də 65 yaş üzəri olanlar, səhiyyə işçilərini qorumaq mütləqdir”.

Hande Harmancı deyib ki, karantin qaydalarının yumşaldılmasından asılı olmayaraq qapalı məkanlarda maska taxılması önəmlidir:

“Hazırda bir çox Avropa ölkələrində koronavirusla yoluxma sayında artım müşahidə olunur. Bu da bir daha onu göstərir ki, pandemiya hələ də davam edir".

Hande Harmancı əlavə edib ki, Azərbaycanda əhalinin peyvəndlənmə göstəricisi 48 %-in üzərindədir: "Bu yaxşı hal olsa da, hədəfimiz 70 %-in üzərindədir. Ümid edirəm ki, bu günə qədər peyvənd vurdurmayan şəxslər də vaksin vurduracaqlar. Son günlər ölkədə yoluxma və ölüm saylarında ciddi azalma nəzərə çarpır. Lakin hələ də pandemiya şəraitində yaşayırıq”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44
image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25
image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32