Cümə axşamı, 09 May

Çində pandemiya başlayandan maksimum yoluxma qeydə alındı

image

Son sutka ərzində Çində 20 614 COVID-19-a yeni yoluxma halı qeydə alınıb ki, bu da pandemiya tarixində antirekorddur.

Bu barədə Çin Xalq Respublikasının Gigiyena və Səhiyyə üzrə Dövlət Komitəsi məlumat yayıb.

19 199 nəfərin asimptomatik daşıyıcı olduğu, yalnız 1 415 nəfərdə xəstəliyin müəyyən əlamətlərinin olduğu bildirilir. Hazırda Çində müalicə alanların təxminən 99 %-i ölkə daxilində virusa yoluxub, yoluxanların yalnız 1 %-i xaricdən gələnlərdir.

COVID-19-un ən güclü epidemiyaları Şanxayda və Jilin əyalətində qeydə alınıb – yoluxanların təxminən 89 %-i orada yerləşir.

Bundan əvvəl məlum olub ki, Çində koronavirusun “Omikron” ştammının yeni altnövü müəyyən edilib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44
image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25
image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32