Cümə axşamı, 09 May

Məleykə Əsədovadan “bahalı aktrisa” sözünə cavab – FOTO

image

Xalq artisti Məleykə Əsədova rejissorlardan film üçün çox sayda təkliflər aldığını açıqlayıb.

Bu haqda aktrisa açıqlamasında danışıb. O bildirib ki, uzun illərdir bu cür təkliflər alsa da ürəyincə bir iş yoxdur:

“Çox arzulayıram filmə çəkilim. Elə bilməsinlər ki, istəmirəm. Dəvətlər çox olur. Amma mən buna peşəkar tərəfdən baxıram. Görünmək xatirinə yox, yaratmalıyam. Obrazla yadda qalmalıyam. Əminəm ki, mənim çıxış etdiyim serial uğur qazanacaq. Hansı tamaşada oynamışamsa, anşlaq olub. Hansı şeiri deyirəmsə, yadda qalır”.

M.Əsədova rejissorlardan yüksək qonorar istəməsi və ünvanına “bahalı aktrisa” deyilməsinə aydınlıq gətirib:

“Mən bahalı yox, sənətini sevən aktrisayam. Teatr aktyorları fədakardır. Amma günümü sərf edirəmsə, əlbəttə pul verilməlidir. İşimi gücümü atıb gedirəm çəkilişə. Zərif görünməyimə baxmayın, bütün yükü özüm edirəm. Qızım təhsili, evin işləri hamısı mənlikdir”.

Aktrisa formada qalma sirrini bölüşüb:

“Səhər və axşam ancaq evdə çəkilən təbii şirələr içirəm. İllərdir çörək yemirəm. Hər şey yeyirəm, amma çox az miqdarda. Geyimlərimi də hər zaman xaricə gedəndə alıb gətirirəm. Ayaqqabını çox sevirəm”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44
image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25
image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32