Cümə axşamı, 09 May

“Bizim ərazimiz sanksiyalardan qaçmaq üçün istifadə olunmayacaq” – Qazaxıstan 

image

Qazaxıstan Prezidenti Administrasiyası rəhbərinin birinci müavini Timur Suleymenov Avropa KİV-nə bu yaxınlarda verdiyi müsahibədə ölkənin Ukraynadakı situasiya və Rusiyaya qarşı sanksiyalar barədə rəsmi mövqeyini səsləndirib. Bu barədə hökumət kuluarlarında respublikanın xarici işlər naziri Muxtar Tleuberdi bəyan edib. Xəbəri aprelin 5-də «Fərqanə» İA yayıb.

Xəbər verilir ki, Qazaxıstan XİN-nin başçısı təsdiqləyib ki, Qazaxıstan nə “Luqansk xalq respublikası”nı, nə də “Donetsk xalq respublikasını” tanımır. Sanksiyalara gəlincə isə, Qazaxıstan onlara qoşulmur.

«Biz, bu sanksiyalara qoşulmuruq, bizim üçün iki məqam çox əhəmiyyətlidir. Birincisi, bu sanksiyaların Qazaxıstan iqtisadiyyatının inkişafına neqativ təsiri olmasın, ikincisi isə bizim ərazimiz bu sanksiyalardan qaçmaq üçün istifadə olunmasın» - o, qeyd edib.

Bundan əvvəl «Euractiv» nəşrinə müsahibəsində Timur Suleymenov bəyan edib ki, Qazaxıstan Ukraynanın ərazi bütövlüyünə hörmətlə yanaşır və Krım və Donbasla bağlı BMT qərarlarına əməl etmək niyyətindədir.

«Əlbəttə, Rusiya istərdi ki, biz, daha çox onun tərəfində olaq. Amma Qazaxıstan Ukraynanın ərazi bütövlüyünə hörmətlə yanaşır. Biz, nə Krımla bağlı situasiyanı tanımamışıq və tanımırıq, nə də Donbassla bağlı situasiyanı tanımırıq, çünki onları BMT tanımır. Biz, yalnız o qərarları yerinə yetirəcəyik ki, onlar BMT səviyyəsində qəbul olunub» - Prezident Administrsiyası rəhbərinin müavini qeyd edib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44
image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25
image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32