Çərşənbə axşamı, 07 May

Ukraynada Ramzan Kadırovun komandiri öldürüldü

image

Ukraynada Kadırov qruplaşmasının komandiri, Rusiyanın Qroznı şəhərindən olan Ruslan Əzizov (Stinqer ləqəbli) məhv edilib.

Xəbər verilir ki, bu haqda informasiyanı Ukrayna mediası yayıb.

Mənbə yazır ki, Stinqerin harada məhv edildiyi hələlik bildirilmir. Bu barədə müxalif çeçen bloger Xasan Xalitov Telegram kanalında məlumat verib.

Xalitov Əzizovun məhv edilməsi barədə qohumuna məlumat verən kadırovçulardan birinin telefon danışığının dinlənilməsini yayıb.

Daha sonra o, kadırovçuların öldürülmüş komandirinin şəklini dərc edib: “Stinqer” Stinqeri məhv edəndə” başlığı ilə.

Əzizovun məhv edilməsi ilə bağlı məlumatı Odessa hərbi administrasiyasının spikeri Sergey Bratçuk da təsdiqləyib.

“O, Ukraynaya gəldi və utilizasiya edildiyi üçün video çəkməyə vaxt tapmadı və indi yalnız bir fotoşəkil qaldı. Kadırovçuların özləri isə Stinqer ləqəbli komandirləri Ruslan Əzizovun ölümünü artıq təsdiqləyiblər”, – Sergey Bratçuk özünün Telegram kanalında yazıb.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25
image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32
image

Türkiyədə benzin ucuzlaşdı

  • 06.05.2024 - 12:51
image

Rusiya onu da axtarışa verdi

  • 06.05.2024 - 08:56
image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24