Cümə, 17 May

Ukrayna Rusiyanın neft bazasını vurub? - Putinə məruzə olundu

image

Rusiya Prezidenti Vladimir Putinə Belqoroddakı neft anbarındakı yanğınla bağlı məruzə olunub. Regionun yanacaqla fasiləsiz təmin olunması üçün tədbirlər görülür.

Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Belqorodda baş verənlər, şübhəsiz ki, Rusiya ilə Ukrayna arasında danışıqların davam etdirilməsi üçün rahat şərait yaratmaq kimi qəbul edilə biləcək məsələ deyil.

Kremlin sözçüsü Rusiyanın havada Ukrayna üzərində üstünlüyünün mütləq fakt olduğunu, lakin hüquq-mühafizə orqanlarının bu hadisəyə qiymət verməli olduğunu vurğulayıb.

Qeyd edək ki, Ukrayna Rusiyanın Belqorod şəhərində yerləşən neft anbarına raket zərbələri endirib. Nəticədə neft anbarındakı çənlərdə yanğın baş verib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41
image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58