Şənbə, 18 May

Rusiya bayrağına bənzəyir deyə endirdilər – MARAQLI OLAY

image

Rusiya və Ukrayna arasında müharibə və dialoqun davam etdiyi vaxt Kiyevdə maraqlı hadisə baş verib.

Xəbər verilir ki, Sloveniyanin Ukraynadakı səfirliyi Rusiya bayrağına bənzədiyinə görə alınan xəbərdarlıqdan sonra Kiyevdəki binasının qarşısında asılmış bayrağını müvəqqəti endirib.

Sloveniya əvvəllər bağladığı səfirliyini Kiyevdə yenidən açan ilk Qərb ölkəsi olub.

Sloveniyanın Kiyevdəki müvəqqəti işlər vəkili Bostyan Lesyak “Slovenia” telekanalına açıqlamasında deyib: “Kiyevə qayıtdıqdan sonra qürurla Sloveniya və Avropa İttifaqının bayraqlarını qaldırdıq. Amma Ukrayna milli qvardiyasının, sonra isə polis nümayəndələri mənimlə görüşdülər, onlar çox nəzakətlə soruşdular ki, Sloveniya bayrağı Rusiya bayrağına bənzəyir, müvəqqəti olaraq onu endirə bilərikmi”.

Sloveniya simvolik olaraq Kiyevdəki səfirliyini açsa da, səfir Tomaz Mençin Ukrayna sərhədinə yaxın olan Polşanın Rzeşov şəhərindən işini davam etdirir.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41