Çərşənbə, 08 May

“Makron Rusiyadan qorxur” - Zelenski

image

Ukrayna Prezidenti Vladimir Zelenski İngiltərənin “The Economist” nəşrinə müsahibəsində Rusiyanın ölkəsinə işğalçı hücumu ilə bağlı sualları cavablandırıb.

Xəbər verilir ki, o, Fransa kimi bir sıra ölkələrin Rusiyanın qorxusundan Ukraynaya yardım etmədiyini bildirib.

Jurnalistin “Daha çox silah istəyəndə Fransa Prezidenti Makron dedi ki, tanklar kimi hücum silahları Ukraynanın tərəfdaşlarının keçə bilməyəcəyi “qırmızı xətt”dir. Niyə?” sualına Zelenski belə cavab verib:

“Çünki Rusiyadan qorxurlar. Məsələ budur və ilk deyənlər ilk qorxanlardır”.

İngiltərə Baş naziri Boris Consonu daha çox yardım edən lider kimi xarakterizə edən Zelenski söyləyib:

“Ölkə liderləri seçicilərinin necə davranacağına görə reaksiya verirlər. Bu baxımdan, Conson nümunədir”.

O, İngiltərənin Ukraynanın tərəfində olduğunu vurğulayıb:

“İngiltərə balanslaşdırıcı davranış sərgiləmir. İngiltərə vəziyyətdən çıxış yoluna alternativ görmür: Ukraynanın qalib gəlməsini, Rusiyanın isə uduzmasını istəyir. Amma mən İngiltərənin müharibənin davam etməsini istəyib-istəmədiyini söyləməyə hazır deyiləm”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44
image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25
image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32
image

Türkiyədə benzin ucuzlaşdı

  • 06.05.2024 - 12:51
image

Rusiya onu da axtarışa verdi

  • 06.05.2024 - 08:56