Bazar ertəsi, 13 May

“Rusiya Ukraynadakı mülki obyektləri qəsdən hədəf alır”

image

Rusiya qoşunları Ukraynada gedən müharibədə mülki obyektləri qəsdən hədəf alırlar.

Xəbər verilir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) rəsmi nümayəndəsi Con Kirbi bildirib.

“Biz hələ də dinc əhaliyə ixtiyari hücumlar görürük və hesab edirik ki, bir çox hallarda onlar qəsdən edilir”, - o deyib. 

Kirbi əlavə edib ki, bu cür hərəkətlər dinc sakinlər arasında qurbanların sayının artmasına gətirib çıxarır ki, buna da haqq qazandırmaq olmaz.

Bundan başqa, Pentaqonda Rusiya tərəfini Ukrayna ərazisində hərbi cinayətlər törətməkdə ittiham ediblər. “Biz Rusiya qüvvələrinin hərbi cinayətlər törətdiyinin aydın təsdiqini görürük və biz bunun sübutunu toplamağa kömək edəcəyik”, - deyə ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi bildirib.

Onun sözlərinə görə, Birləşmiş Ştatların Müdafiə Nazirliyi mümkün hərbi cinayətlərin istintaqına öz töhfəsini verəcək və onu aidiyyəti beynəlxalq təşkilatlara təqdim edəcək.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00
image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44