Cümə, 17 May

Yelena Zelenskaya:“Ukraynada hər qadın kimi, mən də ərim üçün qorxuram”

image

Ukraynanın birinci xanımı Yelena Zelenskaya ABŞ-ın “ABC News” telekanalına müsahibəsində əri üçün qorxduğunu, lakin onun gücünə şübhə etmədiyini deyib.

Xəbər verilir ki, telekanal Y.Zelenskayanı cəsarət simvolu olan görkəmli qadın adlandırıb. “Ukraynadakı hər qadın kimi, mən də ərim üçün qorxuram. Üstəlik, onun nə qədər güclü və mətanətli olduğunu bilirəm… O, öz ölkəsini, vətənimizi sevir. Xalqını, ailəsini, məni sevir. Mən bu hisslərin necə güclü olduğunu bilirəm. Ona görə də o, bütün bunları sona qədər müdafiə edəcək”.

Birinci ledi ABŞ və Avropa ölkələrini Rusiyaya qarşı sanksiyaları gücləndirməyə, Ukrayna səmasını bağlamağa çağırıb: “Bu gün kürəyi dostcasına sığallamaq, mərhəmət və narahatlıq sözləri kifayət etmir. Rusiyaya qarşı sanksiyaları gücləndirin, Ukrayna səmasını bağlayın və ya heç olmasa vəsait ayırın ki, ukraynalılar özləri onu müdafiə edə bilsinlər”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41
image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58