Kadırovçuların əksəriyyəti məhv edilib - Venislavski
Kadırovçuların əksəriyyəti məhv edilib - Venislavski
Rusiyanı bu müharibədə dəstəkləməyə gələn kadırovçuların əksəriyyəti öldürülüb.
Xəbər verilir ki, bunu Ukrayna Ali Radasının milli təhlükəsizlik və müdafiə komitəsinin üzvü Fedor Venislavski deyib.
“Kadırovçuların əksəriyyəti özlərini cəsur və amansız əsgərlər kimi təqdim edirlər. Bu, hibrid müharibəsinin ayrılmaz elementlərindən biridir. Onların hərbi əməliyyatlarda iştirakı əhali arasında panika yaratmaq üçün nəzərdə tutulmuş informasiya xarakterli xüsusi əməliyyatdır. Rəsmi kəşfiyyat məlumatları var ki, çeçenlərdən ibarət min nəfərə yaxın döyüşçü Ukraynaya gəlib. Əksəriyyəti də sağ-salamat Allahın yanına göndərilib”.
Azadsoz.com