Bazar ertəsi, 20 May

Xocavənd və Tərtər istiqamətində mövqelərimiz atəşə tutulub

image

Martın 12-i saat 18:15-dən martın 13-ü saat 02:20-dək fasilələrlə Azərbaycan Ordusunun Xocavənd və Tərtər rayonları istiqamətlərində yerləşən mövqeləri Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən atıcı silahlardan istifadə edilməklə atəşə tutulub.

Xəbər verilir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. 

Ordumuzun bölmələri bu istiqamətlərdə adekvat cavab tədbirləri görüb.

Şəxsi heyət və texnika baxımından itkimiz yoxdur.

Hazırda qeyd olunan istiqamətlərdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 25 dərəcə isti olacaq

  • 20.05.2024 - 10:06
image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41