Şənbə, 18 May

Qərb haqlıdır, Putinin əsas hədəfi budur – Podolyak

image

Ukrayna Prezidenti Vladimir Zelenski artıq 10-dan çox sui-qəsd cəhdindən sağ çıxıb.

Xəbər verilir ki, bunu Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Mixaylo Podolyak deyib.

“Xarici tərəfdaşlarımız Vladimir Zelenskinin həyatına iki-üç dəfə sui-qəsd cəhdindən danışırlar. Hesab edirəm ki, ondan artıq belə cəhd olub”, - Podolyak bildirib.

Onun sözlərinə görə, Ukraynada çox güclü kəşfiyyat və əks-kəşfiyyat şəbəkəsi fəaliyyət göstərir:

“Mütəxəssislər mümkün təhlükələri izləyir və sui-qəsd cəhdlərini aradan qaldırır. Təhlükəsizlik nöqteyi-nəzərindən bəzi şeylər haqqında danışa bilmərəm. Qərb kəşfiyyatı haqlıdır ki, Putin üçün əsas hədəf cənab Zelenskini öldürməkdir”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41