Çərşənbə, 08 May

Dörd yüzə yaxın gimnastın arasında 1-ci yeri tutan və bayrağımızı dalğalandıran İpək Süleymanzadə - FOTOLAR

image

Azərbaycan xanımları hər zaman ictimai və dövlət işlərində, eləcə də digər sahələrdə böyuk uğurlara imza ataraq, ölkəmizi layiqincə təmsil etməyi bacarıblar. Xüsusən idman sahəsində beynəlxalq səviyyədə Azərbaycanı tanıdan və bayrağımızı dalğalandıran xanımlarımızın sayı kifayət qədərdir. 

Xəbər verilir ki, Azərbaycanın adını müxtəlif Avropa ölkələrindən olan 400-ə yaxın idmançının içərisində yüksəklərə qaldıran azyaşlı idmançı xanımlarımızdan biri də İpək Süleymanzadədir.

167 nomreli mektebin 1-ci sinifində təhsil alan İpək Süleymanzadə Bədii Gimnastika ilə professional şəkildə məşğul olur. Peşəkar məşqçi Sevil Fərəcovanın tələbəsi olan azyaşlı İpək öz əzmi və iradəsi nəticəsində artıq beynəlxalq turnirlərdə qalib olmağı bacarıb.

Belə ki, İpək Süleymanzadə 2015 B kateqoriyası üzrə Macarıstanın Budapeşt şəhərində keçirilən və müxtəlif Avropa ölkələrindən 400-ə yaxın  gimnastı özündə birləşdirən beynəlxalq turnirdə 1-ci yeri tutub.

Qeyd edək ki, İpək Bakıda “Gym Kids sports club”da mütəmadi olaraq məşq keçir. Azyaşlı İpəyin gələcəkdə daha da böyük uğurlara imza atacağına və Azərbaycanın bayrağını böyük idman arenalarında dalğalandıracağına hər kəs inanır.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44
image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25
image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32