Çərşənbə, 08 May

Azərbaycanda çörək yenidən bahalaşacaq

image

"Dünyada son bir ildə dənli bitkilərin qiyməti ortalama 27% artıb, Rusiyanın təcavüzü qiymətləri daha da artıracaq”.

Xəbər verilir ki, bunu iqtisadçı Natiq Cəfərli deyib. Onun sözlərinə görə, Ukraynanın ən azı, yaz əkinini tam həcmdə yerinə yetirə bilməyəcəyi nəzərə alınsa, bu, fiziki olaraq buğda istehsalının azalması ilə nəticələnəcək:

"2021-ci ildə Ukrayna 44,8 mln. ton dənli bitkilər istehsal etmişdi, ixracı 24,4 mln. ton idi, bu sahədən gəliri 6 mlrd. dollara yaxın olub. İxrac edilən dənli bitkilərin 14,8 mln. tonu un və çörək istehsalı üçün yararlı olan buğdadır.  2021-ci ildə Rusiya buğda ixracını 14,4% azaldıb – toplam 32,92 mln. ton təşkil edib. Rusiyada 2021-də həm istehsal azalıb, həm də Rusiya daxili bazarı qorumaq, ərzaq buğdası tədarükünü artırmaq üçün ixracla bağlı müəyyən məhdudiyyətlər qoyub, ixrac rüsumunu 2 dəfə artırıb”.

Ekspert xatırladıb ki, Azərbaycanın idxal əmtəəlik buğdaya illik ehtiyacı 1,5 mln. ton civarındadır:

"Bu həcmin yarısına yaxınını Rusiyadan alırıq. Deməli, o ölkədən gələn buğdanın qiyməti yenə artacaq ki, bu da ölkə daxilində unun, un məmulatlarının və çörəyin qiymətinin yüksəlməsi ilə nəticələnəcək”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25
image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32
image

Türkiyədə benzin ucuzlaşdı

  • 06.05.2024 - 12:51
image

Rusiya onu da axtarışa verdi

  • 06.05.2024 - 08:56