Şənbə, 18 May

“Netflix” Rusiyanın 20 telekanalına qadağa qoydu

image

“Netflix” striminq servisi “Roskomnadzor”un (Rusiyanın Rabitə, informasiya texnologiyaları və kütləvi kommunikasiyalar sahəsində nəzarət üzrə Federal Xidməti) tələbinə baxmayaraq, 20 Rusiya telekanalını yayımlamaqdan imtina edib.

Bu barədə “Variety” jurnalına istinadən xəbər verir.

“Hazırkı vəziyyəti nəzərə alaraq, biz bu kanalları xidmətimizə əlavə etməyi planlaşdırmırıq”, - “Netflix”in nümayəndəsi nəşrə deyib.

Nəşrin məlumatına görə, “Netflix”in Rusiya seqmenti kiçikdir, ölkədə şirkətin ofis və əməkdaşları yoxdur.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41