Çərşənbə, 01 May

Rusiyanın əsas hədəfi Zelenskini məhv etməkdir - Şok məlumat

image

Zelenskinin məhv edilməsi Rusiya xüsusi əməliyyatının yeganə məqsədidir.

Xəbər verilir ki, bunu Ukrayna Prezident Aparatının rəsmisi Mixail Podoliak deyib.

O, Prezident Zelenskinin öldürülməsini Rusiyanın hücumunun əsas hədəfi adlandırıb.

Podoliak keçirdiyi brifinqdə bildirib ki, Rusiya Vladimir Zelenskini məhv etmək istəyir.

“Bu gün demək istədiyim əsas şey artıq aydın olan ssenaridir, Rusiya Federasiyasının xüsusi əməliyyatının əsas, fundamental ssenarisi və məqsəd Kiyevə çatıb Ukrayna rəhbərliyini məhv etmək, prezident Vladimir Zelenskini şəxsən zərərsizləşdirməkdir”,- Mixail Podolyak bildirib.

Xatırladaq ki, Zelenski bundan əvvəl Rusiya qoşunları üçün bir nömrəli hədəf özü, ikinci hədəfin ailəsi olduğunu açıqlamış və ailəsi ilə birlikdə Kiyevdə qaldığını bildirmişdi.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15