Cümə axşamı, 09 May

Bakıda silahlı insident: Bir nəfər yaralandı

image

Bakının Suraxanı rayonunda silahlı insident olub.

Xəbər verilir ki, Suraxanı rayon Polis İdarəsinin 30-cu polis şöbəsinə fevralın 21-də saat 18 radələrində İ.Cavadovun güllə yarası ilə xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub.

Rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən T.Məmmədov tutularaq istintaqa təhvil verilib.

Ondan “Escort” markalı ov tüfəngi götürülüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 29.120-ci maddəsi (adam öldürməyə cəhd) ilə cinayət işi başlanıb.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44
image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25
image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32