Cümə, 17 May

Zelenski Putini yenidən danışıqlara çağırdı

image

Ukrayna Prezidenti Vladimir Zelenski rusiyalı həmkarı Vladimir Putinə danışıqlar aparmağı təklif edib.

Xəbər verilir ki, Zelenski jurnalistlərin suallarına cavab verərkən bu barədə danışıb.

“Diplomatiya biz danışıqlar masası arxasında əyləşdikdə başlayacaq”, - deyə Ukrayna Prezidenti söyləyib.

O, danışıqların istənilən formatına hazır olduğunu da vurğulayıb.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov isə öz növbəsində Zelenskinin bu açıqlamasına münasibət bildirib. Onun sözlərinə görə, Kiyev dəfələrlə Putin və Zelenski arasında görüş keçirilməsini təklif edib, lakin heç vaxt görüşün hansı məqsədlə keçirilmə səbəbinə aydınlıq gətirməyib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41
image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58