Şənbə, 27 Aprel

Səhiyyə Nazirliyində yeni qalmaqal: Elşad Hacıyev büdcə talançılığında ittiham olunur

image

Səhiyyə Nazirliyinin Tikilməkdə olan Müəssisələrin Müdriyyətinin direktoru Elşad Hacıyevdən narazılıq yaranıb. İddia edilir ki, E.Hacıyev bu vəzifəyə təyin olunandan sonra idarənin qara günləri başlayıb. Narazılıq edənlər təkcə özlərinə qarşı olan haqsızlıqlardan deyil, həm də dövlət büdcəsinin talanmasından, xəstəxanaların təmiri və tikintisi üçün ayrılan pulların göyə sovrulmasından narahatdırlar.

Mövzu barədə məlumat verənlər qeyd edirlər ki, Elşad İbrahim oğlu Hacıyev 17.11.2021-ci il tarixdə nazirliyin Tikilməkdə olan Müəssisələrin Müdriyyətinin direktoru vəzifəsinə təyin edilib. Bu təyinatdan sonra qurumda vəziyyət pisliyə doğru kəskin şəkildə dəyişib.

Direktorun başı işçiləri qorxu altında saxlamağa qarışıb, 3 layihə yerinə yetirilmədən qalıb

İddia olunur ki, E.Hacıyev müəssisəyə ayaq basan gündən bütün işçiləri qorxu altında saxlamağa çalışıb: “Hacıyev il ərzində tikinti işləri ilə deyil, ancaq bizi qorxutmaqla məşğul oldu, insanlar arasında münaqişə yaratmağa çalışdı. Sonradan biz başa düşdük ki, bu adam ixtisaslı tikinti işçisi deyil və heç vaxt tikinti işçisi kimi də işləməyib. Yalnız maxinasiyalar qurmaqla başını dolandırıb”.

E.Hacıyev işə başlayanda tez-tələsik idarənin giriş qapısına video kamera qoydurub: “Kameraların quraşdırılması üçün tələb olunan vəsait əslində 15.000 (on beş min) manat civarındadır. Amma Hacıyev 60.000 (altmış min) manatdan cox vəsait ayırdı və həmin vəsaiti müqavilə ilə öznə yaxın olan firmaya ödətdirdi. Bundan sonra müəssisənin 3 nəfər cavan sürücüsü və 6 nəfər təcrübəli işçisini işdən azad etdi. Həmin işçilər Hacıyevlə görüşüb dərdlərini demək istəyəndə (o Səhiyyə Nazirliyinin binasında oturur) onları qapıdan içəri buraxmadı. Sifarş etmişdi ki, sözlərini təzə işə götürülən baş mühasibə desinlər”.

Hacıyev narazılıqları özündən ötürüb, “yuxarılara” doğru yönəldir

Şikayətçilər iddia edirlər ki, yeni baş mühasib ixtisasca hüquqşünasdır: “Baş mühasib bizi qəbul edəndə dedi ki, Elşad müəllimlik bir iş yoxdur, tapşırıq “yuxarıdan” belədir”: “Sanki, “yuxarıları” gözdən salmaq üçün öhdəlik götürüb. Bütün problemləri “yuxarılar”ın adına yazır”.

2021-ci ilin sonuna qədər E.Hacıyev iş görmək əvəzinə işçiləri işdən azad etməklə məşğul olub. Ona görə də ilin sonunda təhvil veriləsi 3 obyektə Prezidentin sərəncamı ilə ayrılan tibb avadanlıqları üçün 13.000000 (on üç milyon) manat vəsaitin tenderi 4 ay uzanıb və sonda ləğv olunub.

Şikayətçilər iddia edirlər ki, Hacıyev fürsət tapıb öz adamlarını tenderdə iştirak etdirə bilməyəndə, ümumikdə tenderi ləğv etdirir. Ona görə də ayrılan 13.000000 (on üç milyon) manat büdcə vəsait istifadəsiz qalıb.

6 yüz min manatlıq iş 3 gündə necə görülüb?

Şikayətçilərin sözlərinə görə, Prezidentin sərəncamı ilə ayrılmış 600000 (altı yüz min) manat vəsait Hematologiya İnstitutunun təmiri üçün təkliflər sorğusu ilə həyata keçib: “O, özünün şəxsi maraqlarını həyata keçirmək üçün səhiyyə sahəsində heç bir təmir-tikinti təcrübəsi olmayan firmaya həmin vəsaiti həvalə etdi. Onu həyata keçirmək üçün 3 müəssisə tapıb təkliflər sorğusu göndərdi. Halbuki, onların sənədləri qaydasında deyildi. İşçilər sənədlərdəki uyğunsuzluqları tapıb üzə çıxaranda Hacıyev işçilərə hədə-qorxu gəldi. Bildirdi ki, hər nə olursa olsun, tenderi bu 3 təşkilat udacaq, çünki onları gələcəkdə görüləcək başqa işlər üçün hazırlayıram”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33