Bazar ertəsi, 20 May

“Putin Ukrayna ilə bağlı danışıqlara hazırdır” - Peskov

image

Rusiya Prezidenti Vladimir Putin Ukrayna ətrafında vəziyyətlə bağlı danışıqlara hazırdır.

Xəbər verilir ki, bunu Rusiya dövlət başçısının sözcüsü Dmitri Peskov CNN-ə müsahibəsində bildirib.

“Hər şeydən əvvəl Prezident Putin həmişə danışıqları və diplomatiyanı üstün tutur. Əslində, o, Rusiya Federasiyası üçün təhlükəsizlik təminatları məsələsinin təşəbbüskarı olub. Ukrayna problemin yalnız bir hissəsidir. Ən böyük məslə Rusiya üçün daha çox təhlükəsizlik təminatıdır. Əlbəttə ki, Prezident Putin danışıqlara hazırdır”, -deyə Peskov bildirib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41